Meksikada seçki ərəfəsində 26-cı namizəd öldürülüb

Meksikanın Miçoakan ştatında yerli orqanlara namizəd olan 35 yaşlı İsrael Delqado evinin qarşısında güllələnərək öldürülüb.

Bu barədə yerli prokurorluq məlumat yayıb.

Qeyd olunub ki, o, seçki kampaniyası başlayandan bəri öldürülən 26-cı namizəd olub.

Məlumata görə, narkotik kartelləri və digər cinayətkar təşkilatlar seçkidən sonra öz təsirlərini saxlamaq ümidi ilə bütün partiyaların namizədlərinə seçki kampaniyası boyu təzyiq göstəriblər.

Rəsmilərin dediyinə görə, onlar həm də öz namizədlərini irəli sürməyə çalışıblar və bunun üçün digər namizədləri hədələyərək, öz adamlarını yeganə namizəd etmək istəyiblər. Nəticədə hökumətin bütün səviyyələrində yüzlərlə namizəd seçkilərdən geri çəkilib.

Mənbə: Belga

0.16249299049377