Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-in Mətbuat Xidmətindən hakimiyyet.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən şənbə və bazar günləri ərzində ümumilikdə 97 yanğına çıxış, 14 halda köməksiz vəziyyətdə qalma və üç avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən həftəsonu yeddisi azyaşlı olmaqla 22 nəfər xilas edilib, beş nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
FHN: "Həftəsonu beş nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib"