İranın Suriyadakı hərbi müşaviri iyunun 3-nə keçən gecə İsrail hərbi hava qüvvələrinin Hələb şəhərinə (Dəməşqdən 360 kilometr aralıda) endirdiyi zərbə nəticəsində həlak olub.
Məlumata görə, mərhumun adı Səid Abiyardır. O, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ərəb ölkəsində hərbi məsləhətçi qismində olan əsgərlərindən biri olub.
Qeyd olunub ki, iyunun 3-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri Hələb yaxınlığındakı mövqelərə zərbə endirərək hökumət qüvvələrinin və SEPAH birləşmələrinin azı 17 döyüşçünü öldürüb. Bildirilib ki, şəhərin cənub-şərqindəki Hayyan rayonu hücuma məruz qalıb, daha 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Mənbə: SNN