Avropa Parlamentinə seçkilər ərəfəsində yüzlərlə ispan fermer traktorlarla Fransa sərhədini bağlayıb.
Etiraz fransalı fermerlərin iştirakı ilə "Kəndli üsyanı" qrupunun təşəbbüsünə əsasən başlayıb.
Blokadalar Bask bölgəsindən Kataloniyaya qədər bütün sərhəd keçid məntəqələrini əhatə edib.
Fiqueresdən gələn 40-a yaxın traktor AP-7 magistral yolunu bağlayıb.
Etiraz aksiyası bir gün davam edəcək.
Fermerlər Avropa İttifaqının kənd təsərrüfatı siyasətindən narazıdırlar və ərzaq təhlükəsizliyinin yaxşılaşdırılmasını tələb edirlər. Onlar Madrid və Parisi problemləri həll etmək üçün danışıqlara başlamağa, o cümlədən xarici istehsalçılar üçün idxal qaydalarını dəyişdirməyə çağırırlar.
Mənbə: gazeta.ru