"Venom 3"ün ilk rəsmi treyleri yayımlandı

Tom Hardinin baş rolda çəkildiyi fantastik franşizanın final hissəsinin "Venom 3: Son Rəqs" filminin ilk rəsmi treyleri yayımlanıb.

Filmdə bədənində yadplanetli simbiotun məskunlaşdığı jurnalist Eddi Brok detektiv Mulliqanın (Stiven Qrem) çevrildiyi güclü simbiot Toksinlə döyüşməli olacaq.

Devid Bouinin "Space Oddity" musiqisinin sədaları altında çəkilən treyler Eddinin silahlı qanqsterləri yerə yıxdığını və havada təhlükəli döyüşə tab gətirdiyini göstərir.

Filmin rejissoru Tom Hardi ilə birlikdə ssenarini yazan Kelli Marseldir.

"Venom 3: Son Rəqs"in dünya premyerası oktyabrın 25-nə planlaşdırılıb.

"Venom 3"ün ilk rəsmi treyleri yayımlandı

"Venom 3"ün ilk rəsmi treyleri yayımlandı

Mənbə: kino.mail.ru

0.070568084716797