Pakistanda mədən faciəsi: Çox sayda ölənlər var

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin Kvetta şəhəri yaxınlığındakı mədəndə metan qazından zəhərlənmə nəticəsində azı 11 mədənçi ölüb.

Bəlucistan əyalət hökumətinin mədənlər üzrə baş müfəttişi Əbdül Qani Kakarın sözlərinə görə, metan qazının yığılması insanların ölümünə səbəb olub.

O bildirib ki, mədənçilər təxminən 450 metr dərinlikdə işləyiblər. Xilasetmə qrupları bir neçə saatdan sonra onların cəsədlərini çıxarıblar.

Baş mədən müfəttişi əlavə edib ki, hadisənin səbəblərini və səhlənkarlığa yol verilib-verilmədiyini öyrənmək üçün araşdırma aparılır.

Mənbə: TASS

0.15625