Nəsimi rayonunda avtomobillər toqquşub, yaralanan var

Bakının Nəsimi rayonunda 32 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Rüstəm Bahadur oğlu Zeynalov xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0.079654932022095