Röyalın anası: "Ona bir şey olsa, həyatımın mənası qalmaz"

17 yaşlı Röyalın dəstəyə ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun anası Gülbahar Əsgərova məlumat verib.

O bildirib ki, övladı beta-talassemiya xəstəliyindən əziyyət çəkir.

"Röyal bir müddət əvvəl vərəmli meningitlə xəstələnib, nəticədə görmə qabiliyyətini itirib. O, həm də beta-talassemiya xəstəliyindən əziyyət çəkir. Ayda iki dəfə ona qan köçürülür, müxtəlif ağır dərmanlar istifadə edir. Hər ay onun müalicəsi üçün 1000 manatdan çox pula ehtiyacımız olur. Hazırda tamamilə tükənmişik. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Röyal ömrünün ən gözəl çağında belə ağır xəstəliyin pəncəsinə düşüb. O mənim yeganə övladımdır, ona bir şey olsa, həyatımın mənası qalmaz. Sizdən onu bu yolda yalnız buraxmamağınızı xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 486-20-09.

Kapital Bank: 4169 7388 6051 2254.

0.077924013137817