"Qurbanı imkanı olan şəxslər kəsməlidirlər".
Bunu "Qaynarinfo"ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov kredit kartı ilə qurban almaqla bağlı sualı cavablayarkən deyib.
Ekspertin sözlərinə görə, kəsilən qurban, əsasən, imkansız şəxslərə paylanmalıdır:
"Nəinki faizlə, sələmlə, ümumiyyətlə, qurbanı borcla kəsmək düzgün deyil. Dini cəhətdən kiminsə üzərində belə bir öhdəlik yoxdur. Qurban kəsmək imkanı olanların üzərində olan öhdəlikdir. İslama görə, faizə pul götürüb qurban kəsmək bəyənilməyən əməldir. Borcla qurban kəsmək düzgün deyil".
Əkrəm Həsənov məsələyə münasibətinin mənfi olduğunu deyib:
"Sən onu ödəyə bilməsən və üzərinə faiz gəlsə, vacibdir bunu edəsən? Bu daha çox "qonşudan geri qalma" prinsipinə söykənir. Qurban da belədir - "qonşu kəsir, mən də kəsməliyəm". İmkanın yoxdursa, kəsmə. Kreditlə heç qurban kəsmə".