Məşhur qorxu filminin yeni bölümünün treyleri yayımlandı

"20th Century Studios" kino şirkəti "Alien: Romulus" qorxu filminin tam treylerini dərc edib.

Filmin premyerası avqustun 16-na planlaşdırılıb.

Məşhur silsilədən olan yeni bölümün rejissoru Federiko Alvaresdir. Baş rollarda Keyli Speysi, Devid Conson Frey, İzabela Mersed və Arçie Reno çəkiliblər.

"Romulus" qiymətli avadanlıq axtarışına çıxan altı nəfərdən ibarət qrupdan bəhs edir. Onlar bu məqsədlə tərk edilmiş tədqiqat stansiyasına gəlirlər və yadplanetlilərlə döyüşməli olurlar.

Məşhur qorxu filminin yeni bölümünün treyleri yayımlandı

Məşhur qorxu filminin yeni bölümünün treyleri yayımlandı

Mənbə: championat.com

0.078099966049194