Bakıda avtomobil 57 yaşlı qadını vurub

Bakının Xətai rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1967-ci il təvəllüdlü Rəsmiyyə Novruz qızı Quliyevanı vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma və bədənin çoxsaylı əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

0.19747996330261