"X" sosial şəbəkəsi "TikTok"un bənzərini yaradır

"X" sosial şəbəkəsi istifadəçi seçimlərinə uyğun olaraq axın videolarına baxmağa imkan verəcək platforma yaradır.

Məlumata görə, avqustda məhdud istifadəçi qrupu fərdiləşdirilmiş qısa və uzun videolara baxmaq, həmçinin onlayn yayımlar aparmaq funksiyası ilə yeni platformanın beta versiyasını sınaqdan keçirə biləcək.

Bildirilib ki, yeniliklərin tətbiqi ideyası "Twitter"in 2016-cı ildə bağladığı "Vine"ı geri qaytarmaq cəhdidir. Sosial şəbəkə istifadəçiləri bu dəyişikliyi "TikTok"a bənzədiblər.

Mövcud məlumata görə, bu yay "X" sosial şəbəkəsi "Smart TV" ekranlarında videolara baxmaq üçün proqram da təqdim edəcək.

Mənbə: TASS

0.040194988250732