Şəmkirdə şəhid Sənan Əhmədov dəfn olunub

İyunun 5-də keçirilən təlimlər zamanı bədbəxt hadisə nəticəsində şəhid olan gizir Sənan Nurəddin oğlu Əhmədovla Şəmkir şəhərində vida mərasimi keçirilib.

"Report"un məlumatına görə, şəhid Sənan Əhmədov Şəmkir şəhər qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.

0.094833850860596