ABŞ Gürcüstana sanksiyalar tətbiq edir

"ABŞ Dövlət Departamenti onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri və onların qohumlarına qarşı viza sanksiyaları tətbiq edir. Vaşinqton ölkədə qəbul edilən "xarici agentlər haqqında" qanunla bağlı əlavə tədbirlər görməyə hazırdır".

Bunu jurnalistlər üçün keçirilən növbəti brifinqdə Amerika Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

"Viza məhdudiyyətlərinin ilk siyahısına "Gürcü Arzusu" partiyasının üzvləri, parlament üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və adi vətəndaşlar daxildirlər. Sizə deyə bilərəm ki, biz əlavə sanksiyalar tətbiq etməyə və bütün lazımi addımları atmağa hazırıq", - deyə o əlavə edib.

Mənbə: TASS

0.054172992706299