Teylor Svift Ledi Qaqanın müdafiəsinə qalxdı

Məşhur müğənni Teylor Svift hamilə olması barədə şayiələr yayılmış Ledi Qaqanın müdafiəsinə qalxıb.

Svift Ledi Qaqanın barəsində yaydıqları şayiəyə görə aydınlıq gətirmək məcburiyyətində qaldığı insanları tənqid edib.

"Biz hamımız razılaşa bilərikmi ki, qadının bədənini müzakirə etmək aqressiv və məsuliyyətsiz bir hərəkətdir? Qaqa hər hansı digər qadınlar kimi heç kimə nəyisə izah etməli deyil", - deyə müğənni bildirib.

Qeyd edək ki, bu yaxınlarda Ledi Qaqanın hamilə olduğu barədə xəbərlər yayılıb. Söhbətə səbəb müğənninin bacısının toyunda dar paltarda çəkilən paparassi fotoları olub. Jurnalistlər ulduzun üzərində onun yumrulaşmış qarnını görüblər. Lakin sənətçi tezliklə Teylor Sviftin mahnısından bir misra gətirərək dedi-qoduları təkzib edib:

"Sadəcə idman zalında çarəsizcəsinə ağlayıram".

Xatırladaq ki, Ledi Qaqa 2019-cu ildən sahibkar Maykl Polanski ilə münasibətdədir.

Mənbə: People

0.069344997406006