FHN-in Mina Əleyhinə Xüsusi Təyinatlı Alayı üçün Ağdamda bina tikiləcək

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayı üçün Ağdam rayonunun Quzanlı qəsəbəsində bina tikiləcək.

İqtisadiyyat.az xəbər verir ki, nazirliyin Əsaslı Tikinti İdarəsi binanın birinci mərhələ üzrə tamamlama işləri üçün hazırlıqlara başlayıb.

Nazirlik bu işləri "Şinkar Holding"ə həvalə edib və həmin şirkətlə 690 373 manat dəyərində müqavilə bağlanıb.

Qeyd edək ki, Mina Əleyhinə Xüsusi Təyinatlı Alay işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını sürətli şəkildə davam etdirir.

0.050809144973755