İsrail Müdafiə Ordusunun (SAXAL) Qəzza zolağının mərkəzində bələdiyyə binasına endirdiyi hava zərbəsi nəticəsində Nuseyrat şəhərinin meri İyad Əhməd Əl-Mağari ölüb.
Bu barədə şəhər administrasiyası məlumat yayıb.
Qeyd olunur ki, zərbə nəticəsində Nuseyrat şəhərinin meri, onun oğlu və daha 3 nəfər ölüb.
Mənbə: Al Mayadeen