Yer kürəsində maqnit qasırğası başlayıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun Günəş Rentgen Astronomiyası Laboratoriyasından məlumat verilib.
Bildirilib ki, maqnit qasırğasının gücü G2 kateqoriyasına uyğundur, yəni orta səviyyədədir.
Maqnit qasırğasının qısamüddətli olacağı gözlənilir.
Mənbə: MK.ru