Dünya şöhrətli rejissordan Baydenə dəstək: Çıxışını hazırlamaqda kömək etdi

ABŞ Prezidenti Co Baydenin Normandiyadakı çıxışının hazırlanmasına fantastika, macəra və dram filmləri üzrə dünyaca məşhur olan ABŞ-li rejissor Stiven Spilberq kömək edib.

Bu barədə "Daily Mail" qəzeti mənbəyə istinadən məlumat verib.

Bildirilib ki, Spilberq "Əsgər Rayanı xilas etmək" filmində özünü dramatik səhnələrin ustası kimi nümayiş etdirib, İkinci Dünya müharibəsi illərində Normandiya əməliyyatı zamanı hadisələri açıb göstərib.

Vəziyyətlə tanış olan mənbə jurnalistlərə bildirib ki, Stiven Spilberq Baydenin son məşqlərini keçirdiyi məkanda olub və ABŞ prezidentinə çıxışını hazırlamaq üçün kömək edib.

Məqalədə rejissorun bu köməyinə və məsləhətlərinə görə hər hansı təzminat alıb-almadığı bildirilməyib. Spilberqin komandası şərh verməkdən imtina edib.

0.38714408874512