Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var

Salyan rayonunda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Stansiya yaşayış massivi ərazisində qeydə alınıb.

Belə ki, "Jiqulu" markalı avtomobil digər minik avtomobili ilə toqquşub. Qəza nəticəsində rayonun 20 Yanvar küçəsinin sakinləri, 1998-ci il təvəllüdlü Fərid Elşən oğlu Məmmədli və 2003-cü il təvəllüdlü Ceyhun Seymur oğlu Ələkbərov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

0.079895973205566