Almanların çoxu hökumətdən narazıdır

Almaniya sakinlərinin əksəriyyəti hakim koalisiyasının (SPD, Yaşıllar, FDP) işindən razı deyil.

Bunu "Bild am Sonntag" qəzetinin sifarişi ilə INSA sosioloji institutunun keçirdiyi sorğunun məlumatları sübut edir.

Nəticələr göstərib ki, respondentlərin 70%-i hökumətin fəaliyyətindən narazıdır. Respondentlərin yalnız 22%-i əks fikir bildirib.

Eyni zamanda, 62% Almaniya kansleri Olaf Şoltsun işindən razı deyil. Yalnız 27% hökumət başçısını dəstəkləyir.

Sorğu iyunun 3-dən iyunun 7-dək aparılıb. Burada 1203 nəfər iştirak edib.

Mənbə: TASS

0.073554039001465