Xaçmaz rayonunun Kiçik Baraxum kəndində fərdi evlərin birinin həyətində 27 yaşlı kişi meyiti tapılıb.
APA xəbər verir ki, meyitin həmin evdə yaşayan 1997-ci il təvəllüdlü Taleh Fikrət oğlu Əkbərova məxsus olduğu məlum olub.
Onun meyiti meyvə ağacından asılmış formada aşkar edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Taleh Ələkbərovun nişanlı olduğu, rayondakı yanacaqdoldurma məntəqələrinin birində işlədiyi bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.