Körpə Elvin qaraciyər sirrozundan əziyyət çəkir.
Bu barədə hakimiyyet.az-a onun anası Əntiqə Qulamova məlumat verib.
O bildirib ki, övladı 2022-cü ilin dekabr ayında dünyaya gəlib.
"Elvin bir il dörd aylıqdır. Üç aylıq olarkən onun qaraciyər sirrozundan əziyyət çəkdiyini öyrənmişik. Yaşı az olduğu üçün müalicələri ağırdır. Bədəni hər dərmanı qəbul etmir. Hazırda müalicələri üçün 500 manata ehtiyacımız var".
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib.
"Biz Ağdaş rayonunda yaşayırıq. Hər dəfə Bakıya gəlmək, müalicələri etmək üçün borc alırıq. Yoldaşım fəhləlik edir, başqa gəlir yerimiz də yoxdur. Elvinin vəziyyəti ağırlaşsa, onun qaraciyər nəqlinə ehtiyacı ola bilər. Bunun üçün isə bizim heç imkanımız yoxdur. Elvinə nəsə olsa, mən yaşaya bilmərəm, buna görə də yardımsevər şəxslərə bizə dəstək olmaları üçün yalvarıram".
Ailə ilə əlaqə: (051) 993-46-67.
Uni Bank: 4098 0944 2327 6870.