Qaradağda minik avtomobili maneəyə çırpıldı: Ölən var

Bakının Qaradağ rayonunda minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması nəticəsində bir nəfər ölüb.

hakimiyyet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılması müəyyən olunub, bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

0.080780029296875