Gədəbəydə güclü ildırım xəstəxananı işıqsız qoyub

Gədəbəy rayon Mərkəzi Xəstəxanasında və ətraf küçələrdə elektrik enerjisində yaranmış problem hələ də həllini tapmayıb.

"Report"un məlumatına görə, transformatorda olan problem hələ də həll olunmayıb və dünən günün ikinci yarısından bu saata qədər xəstəxanada elektrik enerjisi yoxdur.

Sakinlər bildirib ki, xəstəxananın işıqlandırılması üçün generator quraşdırılmasına çalışılsa da, texniki nasazlıq səbəbindən bu da mümkün olmayıb.

Xatırladaq ki, Gədəbəydə ildırımdan sonra transformatorda fəsad yaranıb, rayon Mərkəzi Xəstəxanasında və yaxın küçələrdə elektirik enerjisi kəsilib.

0.052147150039673