Dubayda istilər "Telegram"ın yaradıcısını smartfonsuz qoydu

"Telegram" mesencerinin yaradıcısı Pavel Durov yaşadığı Dubayda istilər səbəbindən öz smartfonundan məhrum olub.

Bu barədə iş adamı ingilisdilli rəsmi "Telegram" kanalında yazıb.

Durov xarab smartfonun fotosunu dərc edib və həmçinin yazıb ki, onu 180 dollara alıb. Şəkilə əsasən, dollar milyarderi "Samsung Galaxy A52" büdcə modelindən istifadə edib.

Durovun sözlərinə görə, o, son iki ildə istifadəçilərini daha yaxşı başa düşmək üçün bu telefondan istifadə edir, çünki məhz sözügedən smartfon onların arasında ən populyar modellərdən biridir. Təəssüf ki, smartfon həddindən artıq isinmə səbəbindən fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Durovun "Telegram" kanalına 2,5 milyondan çox insan abunə olub. Bir saatdan az müddətdə yeni post 250 mindən çox baxış və on minlərlə reaksiya toplayıb.

Mənbə: gazeta.ru

0.048550844192505