Bakıda 64 yaşlı kişi yolda xəsarət alıb

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Nardaran qəsəbəsində 1966-cı il təvəllüdlü Rafiq Səfa oğlu Ələkbərov yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0.20569705963135