Ermənistanda xaos hökm sürür: Keşişlər qan tökməyi seçdilər

Ermənistanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları davam edir.

Ötən gecə onminlərlə etirazçı növbəti dəfə ölkə parlamentinin qarşısında mitinq keçirib.

Aksiyalar sosial şəbəkənin Ermənistan seqmentində geniş müzakirə mövzusuna çevrilib. Erməni istifadəçilərin bəziləri bu etirazların başında dayanan Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın (Srbazan), eyni zamanda bütün ermənilərin katolikosu II Qareginin xalqı böyük toqquşmaya hazırladıqları ilə bağlı fikirlər səsləndiriblər:

"Ötən gecə xəbərdar etdiyimiz kimi, Qaregin və Baqratın iki yolu var idi və onlar toqquşmalar, qan tökülməsi yolunu seçdilər. Baqrat artıq açıq şəkildə insanları küçələrə çıxmağa və polislə döyüşlərə çağırır".

Erməni sosial şəbəkə istifadəçiləri həmçinin saxtakar olduğunu vurğuladıqları Baqrat Qalstanyanın öz siyasi məqsədləri üçün indi hamını qurban verməyə, küçələrdə qan tökməyə hazır olduğunu da vurğulayıblar.

0.045366048812866