Malavinin vitse-prezidenti və daha doqquz nəfər təyyarə qəzasında həlak olub

Ötən gün radarlardan yoxa çıxan Malavi vitse-prezidenti Saulos Çilimanın olduğu hərbi təyyarənin qalıqları tapılıb.

Qəza zamanı Saulos Çilima ilə yanaşı, daha 9 nəfərin həlak olduğu bildirilib.

Malavi Prezidentinin katibi Kollin Samba xəbəri təsdiqləyib.

Məlumata görə, təyyarə radarlardan itdikdən dərhal sonra xilasetmə əməliyyatı həyata keçirilib və Malavi Prezidenti Lazarus Çakvera bütün resursların axtarışlara yönəldilməsinə göstəriş verib. Məlum olub ki, Malavi vitse-prezidenti Saulos Çilimanın olduğu təyyarə Mzuzu beynəlxalq hava limanına planlaşdırılan enişi edə bilməyib. Axtarışlardan sonra təyyarənin qalıqları Çikanqava meşəsində tapılıb.

Mənbə: Tuko.co.ke

0.053737878799438