Xankəndidə mobil şəbəkə problemi yaşanıb - AÇIQLAMA

Bu gün Xankəndidə "Azercell" mobil şəbəkəsində problemi yaşanıb.

hakimiyyet.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.

Məlumatda qeyd olunub ki, Xankəndi ərazisində "Azercell" şəbəkəsi işləmir. Yalnız "WhatsApp"la əlaqə saxlamaq mümkündür.

Məsələ ilə bağlı "Azercell Telekom" MMC-yə sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətindən hakimiyyet.az-ın sorğusuna cavab olaraq fakt təsdiqləndi.

"Bildiririk ki, 11 iyun 2024-cü il tarixində qısa müddət ərzində Xankəndi şəhərinin inzibati ərazisinin bəzi hissələrində olan abunəçilərin "Azercell Telekom" MMC tərəfindən təqdim edilən telekommunikasiya xidmətlərindən istifadə edərkən müvəqqəti çətinliklər ilə qarşılaşması mümkün idi. Yaranmış halın aradan qaldırılması üçün təcili tədbirlər görülüb, müvafiq ərazidə tam normal əsaslarla xidmət göstərilməsi imkanı qısa müddət ərzində təmin edilib", - deyə açıqlamada bildirilir.

Əzizə İsmayılova

0.046900033950806