Avstraliyada qayalıqda piknik edən qadınlar faciəli şəkildə həlak oldular

Avstraliyada qayalıqda piknik edən qadınlar dalğaların qurbanı olublar.

Hadisə Sazerlend ştatının Kernel şəhərində baş verib.

Belə ki, dalğaların apardığı hindistanlı Marva Haşim və Nirva Harrisi xilas etmək mümkün olmayıb, üçüncü qadın isə baş verən faciədən sonra xəstəxanaya yerləşdirilib.

Yaxınlıqdakı polis vertolyotu qadınları suda görüb və polis qayığı ilə birlikdə xilasedicilər huşunu itirmiş iki qadını sudan çıxarıblar.

Ekipaj üzvləri onlara süni tənəffüs verməyə başlayıblar, lakin qadınları xilas etmək mümkün olmayıb.

Bu, iki həftədən az müddətdə Kerneldə baş verən ikinci boğulma hadisəsidir.

Qeyd olunub ki, mayın 28-də Keyp Solander Drayv bölgəsində balıq tutan iki kişi qayalardan yıxılıb.

Mənbə: The Guardian

0.073017835617065