Dəniz suyu müxtəlif xəstəliklərə, məsələn, mədə-bağırsaq infeksiyalarına səbəb ola bilər.
Bu barədə rusiyalı infeksionist Vladimir Neronov danışıb.
Onun sözlərinə görə, dəniz suyu həm də qulaqlarda iltihaba səbəb ola bilər.
Həkim qeyd edib ki, dəniz suyunun tərkibində olan bakteriyalar, hətta patogenlər belə xəstəliklərə səbəb ola bilər. Onlar dənizdə üzən insanlar üçün müxtəlif infeksiyaların mənbəyidir.
Dəniz suyunun çirklənməsi problemi də mövcuddur. Bu, inkişaf etmiş ölkələr üçün də aktualdır. İnfeksionist bildirib ki, dəniz suyunda bakteriyalar, viruslar, kimyəvi maddələr və ya digər çirkləndiricilər ola bilər ki, bu da onlarla təmasda olduqda infeksiyalara və ya digər xəstəliklərə səbəb olur.
İnfeksionist əlavə edib ki, əgər su kifayət qədər təmizlənməyibsə, orada çimmək sağlamlıq üçün təhlükəlidir.
Mənbə: news.ru