Afina akropolu istilərə görə bağlanır

Hər gün minlərlə turistin ziyarət etdiyi qədim Afina akropolunun arxeoloji ərazisi iyunun 12-si və ondan sonrakı günlərdə yüksək temperatur səbəbindən saat 12:00-dan 17:00-a kimi bağlı olacaq.

Bu barədə Afina şəhərinin Antik Müfəttişliyi məlumat yayıb.

Adətən, Afina akropolunu hər gün saat 08:00-dan 20:00-a kimi ziyarət etmək olar. Lakin vətəndaşlara və turistlərə arxeoloji ərazilərə baş çəkərkən günvurma kimi sağlamlıq problemlərindən qaçmaq üçün lazımi tədbirlərinə əməl etmək tövsiyə olunub.

Qeyd edək ki, Yunanıstanın bir çox hissəsi kölgədə 43 dərəcəyə çatan olduqca isti hava ilə üzləşib. Bununla əlaqədar olaraq, səlahiyyətli orqanlar bu müddət ərzində körpələr evi, uşaq bağçası, eləcə də imtahanların keçirildiyi məktəblərin bağlanması barədə göstəriş veriblər. Məktəblərin, idarə və müəssisələrin distant işə keçidi tövsiyə olunub.

Mənbə: TASS

0.036484003067017