Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentin iclasında iştirak üçün parlamentə gəlib.
İrəvanda davam edən gərginlik fonunda baş nazirin mühafizəsi üçün parlamentin ətrafına yüzlərlə polis cəlb olunub. Ermənistan polisinin bütün rəhbər şəxsləri də əraziyə baş çəkiblər.
Belə olan halda isə baş nazir Nikol Paşinyan spiker Alen Simonyanla birlikdə parlamentin bağında gəzintiyə çıxıb.
Qeyd edək ki, İrəvanda parlament binasına yeni polis qüvvələri yerləşdirilib. Buna səbəb Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın (Srbazan) bu gün üçün aksiya çağırışıdır. O, mitinqdə "çox vacib məsələ" barədə açıqlama verəcəyini elan edib.
Parlament binası ətrafında gücləndirilmiş mühafizə tədbirləri görülüb.
"Polis ordusu" parlamenti mühasirəyə aldı: Paşinyan isə Simonyanla bağda gəzir