Türkiyə və ABŞ qırıcı təyyarələrlə bağlı müqavilə imzaladılar

Türkiyənin ABŞ-dən əldə etmək istədiyi "F-16"ların alınması ilə bağlı müqavilələr imzalanıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrdən məlumat verilib.

"ABŞ-dən "F-16" alınmasında son vəziyyət budur ki, müqavilələr imzalanıb. Nümayəndə heyətləri arasında danışıqlar yolu ilə detallar üzərində işlər davam etdirilir. Təfərrüat daha sonra açıqlanacaq", - deyə məlumatda bildirilib.

Mənbə: TRT Haber

0.045925855636597