Beş yaşlı Əfsanə ağır yanıq xəsarətləri alıb.
Bu barədə hakimiyyet.az-a onun anası Fərqanə Kərimzadə məlumat verib.
O bildirib ki, övladı aprelin 20-si ehtiyatsızlıq səbəbindən yanıb.
"Əfsanənin beş yaşı var. O, aprel ayının 20-si ehtiyatsızlıq səbəbindən ağır yanıq xəsarətləri alıb. Həmin gün biz onu Bakıda yerləşən xəstəxanalardan birinə gətirdik. Əfsanə bir dəfə dəri köçürmə əməliyyatı olundu. Hazırda evimizə gəlmişik. Amma onun müalicələrini davam etdirmək üçün imkanımız yoxdur. Nə mazlarını ala bilmirəm, nə dərmanlarını. Vəziyyətimiz çox ağırdır. İnanın bir neçə gündür uşağa normal yemək belə ala bilmirəm. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (070) 937-70-14.
Kapital Bank: 4169 7388 9300 4170.