Qubanın ucqar kəndlərini sel basıb, çaylarda daşqın təhlükəsi artıb

Quba rayonunun ucqar dağ kəndləri olan Qarxun, Dərk, Xaltan kəndlərinə güclü yağış yağıb.

"Report"un Şimal bürosunun məlumatına görə, güclü yağıntılar nəticəsində adları çəkilən kəndlərin daxili yolları və onları birləşdirən körpülərə ziyan dəyib.

Selin fəsadlarının aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Qeyd edək ki, Şamaxı Doppler radarının 13 iyun saat 12:20 məlumatına əsasən, yaxın saatlarda Quba-Qusar bölgəsinin (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı) bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Qusarçay, Qaraçay, Qudyalçay, Vəlvələçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

0.11529612541199