Kəbəyə gedən taksilərdə qiymət 20 dəfəyədək artdı

Həcc ziyarəti üçün müqəddəs torpaqlarda olan yüzminlərlə müsəlman Kəbədəki yolda yaranan qarışıqlıqdan və taksi qiymətlərinin artmasından əziyyət çəkir.

Qeyd olunur ki, tərviyə gününə üç gün qalmış servis xidməti ləğv edildikdən sonra Məkkə şəhərində (Səudiyyə Ərəbistanı) taksi və mikroavtobusların qiymətləri 3-20 dəfə artıb. Kəbədən 3-5 kilometr aralıda yerləşən Əziziyyə bölgəsinə piyada gedən zəvvarlar yorğun halda qayıdarkən nəqliyyat vasitəsinə minmək istəyəndə 100 rial (təxminən 45 manat) kimi astronomik qiymətlərlə üzləşirlər. Çarəsizlik və yorğunluqdan zəvvarlar, xüsusən də yaşı 60-dan yuxarı olanlar taksidən istifadə etmək məcburiyyətində qalırlar.

Zəvvarların əksəriyyəti tunellərdən keçərək hotellərinə qayıtsalar da, yolun bir hissəsini mikroavtobus və ya əlil arabasında 100 riala qət etməli olurlar.

Kəbəyə gedən taksilərdə qiymət 20 dəfəyədək artdı

Kəbəyə gedən taksilərdə qiymət 20 dəfəyədək artdı

Mənbə: İHA

0.12288498878479