Finlandiyada quş qripinə qarşı vaksinasiya başlayır

Finlandiyanın ən qısa zamanda quş qripinə qarşı peyvəndləmə kampaniyasına başlaması planlaşdırılır.

Bu barədə məlumatı ölkənin Sosial Müdafiə və Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Finlandiya 15 ölkənin iştirak etdiyi Aİ-nin birgə satınalmaları çərçivəsində peyvəndlər alacaq. Quş qripi peyvəndi "Seqirus UK Ltd" əczaçılıq şirkəti tərəfindən hazırlanıb. Bu peyvəndin tədarükü üçün müqavilə dörd il müddətinə qüvvədə olacaq.

Qeyd edək ki, indiyədək Finlandiyada insanların A(H5N1) virusuna - quş qripinə yoluxması faktı aşkar edilməyib.

Mənbə: TASS

0.094076871871948