Zaur Mikayılov vəzifə verdiyi qudalarını işdən çıxarıb?

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov iki ildən artıqdır ki, öz qudalarına çalışdığı qurumda vəzifə verib.

"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, Z.Mikayılovun özünə müşavir təyin etdiyi qudası Əsəd Əli oğlu Şirinov vəzifəsindən istefa verib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri vəzifəsindən aparat rəhbəri vəzifəsinə təyin etdiyi digər bir qudası Fuad Quliyevin də təyinatı müvəqqəti olaraq dayandırılıb.

Artıq ləğv edilən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin saytından da sözügedən vəzifəli şəxslərin adları silinib.

Məsələ ilə bağlı Meliorasiya və Su Təsərrüfatı ASC-nin Mətbuat Xidmətinin rəhbəri Dilqəm Şərifovla əlaqə saxlasaq da, telefon zənglərinə cavab verən olmayıb.

0.059439897537231