Universitetdə halı pisləşən tələbəyə polis kömək etdi

Sosial şəbəkələrdə tələbənin halının pisləşməsi və polis tərəfindən ona köməklik göstərilməsi ilə bağlı video yayılıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ictimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərli hakimiyyet.az-a açıqlamasında bildirib ki, həmin tələbə universitetin Kimya fakültəsinin 3-cü kurs tələbəsidir.

"Xanım talassemiya xəstəsidir. Tələbənin halı pisləşib, universitetdə fəaliyyət göstərən polis əməkdaşı ona yardım edib və avtomobilə kimi aparıb. Anası da yanında olub. Xəstəxanaya çatdırılıb, fizioloji məhlul (sistem) köçürülüb və tələbə evə buraxılıb", - B.Nəzərli qeyd edib.

Almaz Qasımova

0.19289588928223