Ermənistan XİN Belarusa nota verib

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Belarusa etiraz notası göndərib.

Bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib.

Onun sözlərinə görə, buna səbəb Belarus XİN-in mətbuat katibinin şərhi və ölkənin daxili işlərinə qarışmasıdır.

"Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibinin iyunun 13-də verdiyi şərhlə, xüsusən Ermənistanın daxili işlərinə müdaxilə ilə əlaqədar qarşı tərəfə etiraz notası göndərilib", - deyə bəyanatda bildirilib.

Xatırladaq ki, polemika Ermənistan baş naziri Nikol Paşinyanın Aleksandr Lukaşenko prezident olduğu müddətdə nə özünün, nə də ölkənin digər rəsmi şəxslərinin Belarusa səfər etməcəyi barədə bəyanından sonra başlayıb.

Bir neçə saat sonra Belarus XİN mətbuat katibi vasitəsilə Ermənistan hakimiyyətini daxili problemlərdən diqqəti yayındırmaq üçün Belarus obrazını xarici düşmən kimi yaratmaqda günahlandırıb.

Mənbə: "Sputnik" Ermənistan

0.068851232528687