"Sotheby`s" ən böyük şampan hərracını keçirəcək

"Sotheby`s" hərrac evi tarixin ən böyük şampan auksionunu keçirəcək.

Hərrac iyunun ortalarında Parisdə baş tutacaq.

Tayvanlı milyarder Pyer Çenə məxsus 1500 şüşə ən keyfiyyətli nadir şampan satışa çıxarılacaq.

İş adamı şərab kolleksiyasını toplayıb və sonra onları satmaq qərarına gəlib.

Paris auksionu Çenin şərablarının nümayiş olunduğu ikinci hərrac olacaq. Ümumilikdə, sahibkar beş beynəlxalq hərracda 25 min şüşə şampan satacaq. Noyabrda Honq-Konqda keçirilən ilk hərracda o, artıq 16,8 milyon dollar qazanıb.

Mənbə: daily.afisha.ru

0.05287504196167