Deniz Akkayanın uşaq evinə göndərdiyi qızı atasının himayəsinə verildi

Məşhur türkiyəli model Deniz Akkayanın 16 yaşlı qızı atasının himayəsinə verilib.

Buna səbəb ötən həftələrdə Deniz Akkaya ilə qızı Ayşe arasında baş verən qalmaqallı mübahisə olub.

O, qızının mobil telefonunu əlindən almaq istəyib və bu zaman aralarında mübahisə yaranıb. Daha sonra Ayşe anasını eyvanda kilidləyib və uzun müddət qapını açmayıb. Deniz Akkaya polis çağırıb və bu yolla evə girə bilib. Qızı tərəfindən zorakılığa məruz qaldığını iddia edən model açıqlamaları ilə sosial mediada gündəm olub.

Belə ki, Deniz Akkaya Ayşenin ona hücum edərək eyvanda kilidlədiyini və qızını cəzalandırmaq üçün müvəqqəti olaraq uşaq evinə göndərdiyini bildirib. Daha sonra da bununla bağlı etdiyi paylaşımlar sosial şəbəkələrdə əks-səda yaradıb və müzakirə mövzusuna çevrilib.

Hadisədən sonra Akkayanın keçmiş əri Efe Önbilgin qəyyumluq iddiası qaldırıb və məhkəmə prosesini qazanıb.

Məhkəmə qızın uşaq evində qalmasını məqsədəuyğun saymayıb və Ayşenin qəyyumluğu atası Efe Önbilginə verilib. Məhkəmə Ayşenin uşaq evindən çıxarılaraq atasına təhvil verilməsinə qərar verib.

Məsələ ilə bağlı paylaşım edən Akkaya bildirib ki, qəyyumluq qərarı onun icazəsi ilə alınıb.

"Tək qəyyumluq haqqı və söz haqqı məndə olduğuna görə, mənim icazəmlə bu yayı atası ilə keçirməsi üçün atasına təslim edilir. Uşağın oraya girişi də, çıxışı da mənim icazəmlə olub", - deyə Deniz Akkaya qeyd edib.

Mənbə: Haber Global

0.048403978347778