13 yaşlı Hüseynin yardıma ehtiyacı var: "Həkim məsuliyyətsizliyi səbəbindən travma alıb"

13 yaşlı Hüseynin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun atası Bəxtiyar Fətullayev məlumat verib.

O bildirib ki, övladı doğularkən həkim səhvi ucbatından sağlamlığını itirib.

"Hüseyn 2009-cu ildə anadan olub. O, doğum zamanı həkim məsuliyyətsizliyi səbəbindən travma alıb, beyin hüceyrələri zədələnib. Hazırda o nə yeriyə, nə danışa, nə də fikrini bildirə bilir. Biz ötən il İstanbulda yerləşən xəstəxanalardan birinə yollandıq. Hüseyn orda genetik analizlər verdi. Analizlər nəticəsində onun həqiqətən də həkim səhvi ucbatından belə olduğu məlum oldu".

Bəxtiyar Fətullayev övladının müalicəsi üçün yardımsevər şəxslərdən dəstək istəyib.

"Bizə həkimlər Hüseyni düzgün və davamlı müalicə etsək, onun haradasa sağlamlığına qovuşa biləcəyini deyiblər. Analizlər nəticəsində məlum oldu ki, aldığı travmaya görə Hüseyndə minimum ölçüdə hidrosefaliya və gizli epilepsiya da var. Bizə birinci onun epilepsiyasına görə müalicələrə başlamağımızı tövsiyə etdilər. Bu müalicələr isə böyük maddi vəsait tələb edir. Yardımsevər, imkanlı şəxslərdən bizə bu müqəddəs günlərdə dəstək olmaqlarını xahiş edirəm. Sizin göndərdiyiniz hər bir manat mənim övladımı həyata qaytarır, sağalmağına bir addım da yaxınlaşdırır".

Ailə ilə əlaqə: (051) 395-43-47.
Beynəlxalq Bank: 4127 2093 0748 8160.

0.066130876541138