Yaponiyada panika: Ət yeyən bakteriyalar insanları iki gündə öldürür

Yaponiya Milli Yoluxucu Xəstəliklər İnstitutunun məlumatına görə, ölkədə son iki ayda streptokok zəhərli şok sindromu (TSS) hallarının artması müşahidə olunub.

Rəqəmlər məyusedicidir: 977 xəstəlik halı qeydə alınıb ki, bu da bütün əvvəlki illə müqayisədə 36 nəfər çoxdur.

Professor Ken Kikuçi xəbərdarlıq edib ki, nadir "ət yeyən bakteriya"nın yaratdığı streptokok zəhərli şoku dərhal həyat üçün təhlükə yaradır.

Bildirilir ki, A qrupu streptokok bakteriyası bir insanı iki gün ərzində yeyə bilər. Streptokok infeksiyası boğazda şiş və ağrı, ətrafların şişməsi, qızdırma, tənəffüs problemləri və hətta ölüm kimi ciddi ağırlaşmalara səbəb olur.

Professor qeyd edib ki, xəstəliyin ilk əlamətləri çox vaxt şişkinliklə başlayır. Bu infeksiyaya şübhə olduqda dərhal həkimə müraciət etmək vacibdir.

Mənbə: mk.ru

0.13876485824585