Havaların isti keçməsi özü ilə bəzi problemləri də gətirib.
Xezerxeber.az-ın məlumatına görə, Suraxanı rayon Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 20 ünvanında yaşayan sakinlər iddia ediblər ki, doqquzmərtəbəli binada bir neçə gündür suyun təzyiqi azalıb:
Onlar bildiriblər ki, su gecə saat 02:00-dan sonra verilir.
Bu səbəbdən 108 ailə tələbatlarını ödəmək üçün kənardan evə su daşıyır. Havaların isti keçməsi vəziyyəti daha da çətinləşdirib.
Sakinlər onu da əlavə ediblər ki, su təkcə doqquzuncu mərtəbəyə yox, hətta bir və ikinci mərtəbəyə də zəif gəlir.
Ətraflı süjetdə:
Paytaxtda su problemi: Gecə 02:00-dən sonra verilir
Paytaxtda su problemi: Gecə 02:00-dən sonra verilir