Putin nazir müavinlərinin sayını artırdı

Rusiya Prezidenti Vladimir Putin müdafiə nazirinin üç müavinini - Nikolay Pankov, Ruslan Tsalikov, Tatyana Şevtsovanı və müdafiə nazirinin müavini vəzifəsini tutan ordu generalı Pavel Popovu tutduqları vəzifədən azad edib.

Bildirilib ki, fərman imzalandığı gündən, yəni iyunun 17-dən qüvvəyə minib.

Pankov dövlət katibi - müdafiə nazirinin müavini vəzifəsində işləyib, bu vəzifəyə Putin onu 2005-ci ildə təyin edib. Şevtsova isə 2010-cu il avqustun 4-də nazir müavini təyin edilib.

Putin həmçinin Leonid Qornini müdafiə nazirinin birinci müavini, Anna Tsivilyova və Pavel Fradkovu isə nazir müavinləri təyin edib.

Bu təyinata qədər Leonid Qornin maliyyə nazirinin birinci müavini olub.

Xatırladaq ki, Anna Tsivilyova Rusiyanın energetika naziri Sergey Tsivilyovun həyat yoldaşıdır.

Mənbə: rbc.ru

0.062286853790283