Daha bir Avropa ölkəsi turist sıxlığından xilas olmaq istəyir

Daha bir Avropa ölkəsi turist sıxlığından xilas olmaq qərarına gəlib.

Belə ki, İslandiya hökuməti ölkəyə səyahət edənlərin sayını azaltmaq üçün yeni turizm vergi sistemi yaratmaq istəyir.

Ölkə hakimiyyəti turistlərin sayına nəzarət etmək üçün pik tarixlərdə onların vergisini artırmaq niyyətindədir. Hökumət turizmin ölkəyə və ətraf mühitə mənfi təsirini azaltmaq üçün belə tədbirlərə əl atıb.

Xatırladaq ki, bundan əvvəl kütləvi turizmlə mübarizə üçün Niderlandın paytaxtı Amsterdamda yeni hotellərin tikintisinin qadağan ediləcəyi bildirilirdi.

Mənbə: CNBC

0.086043119430542