Oğuzda güclü külək irigövdəli ağacları avtomobil yoluna aşırıb

Oğuzda güclü külək irigövdəli ağacları avtomobil yoluna aşırıb.

"Report"un məlumatına görə, Oğuz-Bayan avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində irigövdəli ağaclar yola aşıb. Nəticədə yolda hərəkət dayanıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən yolda hərəkətin bərpası istiqamətində işlər aparılır.

Qeyd edək ki, bu gün axşam saatlarından başlayaraq şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

0.10736680030823